Maide.az

İndoneziyada 36 məhbus qadın həbsxanadan qaçıb

İndoneziyanın Mərkəzi Sulaves əyalətindəki həbsxanadan 36 məhbus qadın qaçıb.   Maide.Az “Report”a istinadla xəbər verir ki,  hadisə sentyabrın 30-da səhər saatlarında baş verib.    Sulaves əyalətinin Siqi rayonunun Maku kəndində 103 məhbus qadının saxlanıldığı həbsxanada baş verən yanğından sonra 36 məhkum qaçıb. Onların tutulması üçün axtarış-əməliyyat tədbirləri keçirilir.   Yanğının səbəbi hələ ki məlum deyil.