İndonezaiya İslam Müdafiə Cəbhəsinin lideri Səudiyyə Ərəbistanında saxlanılıb
İndoneziya İslam Müdafiə Cəbhəsinin (FPI) lideri Məhəmməd Rizieq Şihab Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Maide.Az “dunyabulteni”-ə istinadən xəbər verir ki, İndoneziya Xarici İşlər Nazirliyi Şihabın Məkkədə təhlükəsizlik qüvvələri tərəfindən istinataqa cəlb olunduğunu təsdiqləyib. İndoneziya XİN sözçüsü Arrmanatha Christiawan bildirib ki, noyabrın 5-də iki vətəndaşın Səudiyyə Ərəbistanında itgin düşməsi ilə bağlı məlumat daxil olub və Ciddə şəhərindəki baş konsulluğumuza bu məsələ ilə bağlı göstəriş vermişik. “Konsulluq araşdırma aparıb və məlum olub ki, İslam Müdafiə Cəhbəsinin lideri Məhəmməd Rizieq Şihab təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb”.