Maide.az

Nazirlik kəskin istilərlə bağlı xəbərdarlıq edib

   Ekologiya və Təbii Sərvətlər Nazirliyi kəskin istilərlə bağlı xəbərdarlıq edib.   Nazirliyin Milli Hidrometeorologiya Departamentindən APA-ya bildirilib ki, avqustun 5-7-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti, gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.   Günorta saatlarında uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil. /