Maide.az

Nazim İbrahimovun qaynının ölümü ilə bağlı cinayət işi başlanıb

Bakıda baş verən intihar hadisəsi ilə bağlı cinayət işi açılıb.   1964-cü il təvəllüdlü Məzahir Cəfərovun özünü asması  faktı ilə üzrə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.   Qeyd edək ki, M. Cəfərov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynıdır.   Yaxınları ilkin olaraq 1964-cü il təvəllüdlü Məzahir Cəfərovun intiharına ağır xəstəlikdən irəli gələn psixoloji durumun səbəb olduğunu göstəriblər.