Maide.az

Nayrobidə hotelə hücum - 11 ölü + Fotolar + Video

Keniyanın paytaxtı Nayrobidə “DusitD2” adlı hotelə hücum olub.   Maide.az CNN-ə istinadən xəbər verir ki, “Əş-Şəbab” terrorçu qruplaşmasının üzvləri hoteldə öncə partlayış törədiblər, daha sonra silahlı basqın ediblər.   Dərhal hadisə yerinə çağırılan polis əməkdaşları ilə terrorçular arasında atışma olub.   Atışma zamanı 6 nəfər ölüb, 14 nəfər isə yaralanıb. Hücum edən terrorçuların sayı bilinməsə də, onların zərərsizləşdirildiyi açıqlanıb.   Hoteldə və ətraf binalardakı sakinlər bölgədən təxliyyə ediliblər.