Maide.az

Naxçıvanda zəlzələ oldu

Naxçıvan Muxtar Respublikasında 3,4 bal gücündə zəlzələ baş verib.   Maide.Az bildirir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ mayın 22-si, saat 06.32-də Naxçıvan şəhərində qeydə alınıb.   Yeraltı təkanın maqnitudası 3,4, dərinliyi 7 km olub.   Zəlzələ Naxçıvan şəhəri və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.