Maide.az

Naxçıvanda qarın hündürlüyü 17 sm-ə çatıb

 Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.    Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində intensiv olub.   Düşən yağıntının miqdarı Naxcıvanda 2-61, Kiçik Qafqazda 1, Qazax-Gəncə zonasında 1-2, Böyük Qafqazda 1-11, Mərkəzi-Aran rayonlarında 1-6, Lənkəran-Astara zonasında 1-4, Bakıda və Abşeron yarımadasında 2-11 mm olub.   Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 17 sm təşkil edib.