Maide.az

Naxçıvanda qəza: 4 ölü, 2 yaralı

Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib.   Maide.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün Naxçıvan-Şərur yolunda qeydə alınıb.   “Tofaş” markalı minik maşını ilə “Azsamand” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.   Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.