Maide.az

Naxçıvan əhalisinin sayı 450 min nəfəri ötüb

Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 450 min nəfəri ötüb.   Maide.İnfo Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin may ayının 4-də muxtar respublikanın 450 mininci sakini doğulub.   Məlumata görə, son illər əhali artımında miqrasiya ilə yanaşı, yeni doğulanların sayı da əsas rol oynayıb. Muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 4 min 200 nəfər artaraq 1 iyun tarixə 450 min 400 nəfəri ötüb. /