Maide.az

Naxçıvan-Məşhəd qatarının yeni hərəkət CƏDVƏLİ

Novruz bayramı ərəfəsində sərnişin daşımanın təşkil edilməsi məqsədilə 16/15 saylı Naxçıvan - Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək.   Maide.Az bildirir ki, bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.   S.Qədirovanın sözlərinə görə, qatar 18 mart 2018-ci ildən 1 apel 2018-ci ilədək həftədə iki dəfə - Naxçıvandan həftənin VII və IV günləri saat 11-40-da yola düşəcək:   “Məşhəd stansiyasına həftənin V və I günləri saat 19-25-də çatacaq. Qatar 17 mart 2018-ci ildən 3 apel 2018-ci ilədək Məşhəddən həftənin VI və II günləri saat 00-30-da yola düşəcək, həftənin VII və III günləri saat 08-45-də Naxçıvana çatacaq”.   O bildirib ki, sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olur.     № 16 Naxçıvan-Məşhəd   18.03.2018-ci ildən 01.04.2018-ci ilədək  yola düşmə günləri VII  və IV -həftədə iki dəfə   S ü r ə t qatarı («ADY» QSC-yə məxsus)     № 15 Məşhəd –Naxçıvan   18.03.2018-ci ildən 04.04.2018-ci ilədək  çatma günləri VII  və III -həftədə iki dəfə Yolda olma vaxtı: 32 saat 15 dəq Yolda olma vaxtı:  31 saat 45 dəq Çatma Daya-nacaq Yola düşmə Aralıq məntəqələr Məsafə km kod Çatma Daya-nacaq Yola düşmə         «Azərbaycan Dəmir Yolları» QSC (Bakı vaxtı ilə)     - -   11-40   Naxçıvan 0 550803   08-45     - - 11-58 Qara  Börk 11 550822 - - 8-27 - - 12-13 Nehrəm 21 550841 - - 8-12 - - 12-34 Dərəşam 35 550875 - - 7-51 12-55 20 13-15 Culfa-Azərb. 45 550004 7-10 20 7-30