Naxçıvan - Məşhəd qatarı 2018-ci ildən yenidən fəaliyyətə başlayacaq
Naxçıvan - Məşhəd qatarı 2018-ci ilin əvvəlindən yenidən fəaliyyətə başlayacaq. Maide.Az bildirir ki, APA-nın Tehran bürosunun məlumatına görə, bu, İran İslam Respublikasının Dəmir Yolları Təşkilatının mətbuat xidmətinın açıqlamasında bildirilir. Məlumata görə, Məşhəd -Naxçıvan qatarının yenidən fəaliyyəti üçün bu gün Tehranda İran Dəmir Yollar Təşkilatının sərnişinlərə xidmət üzrə idarə rəhbəri ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəsmiləri arasında görüş keçirilib. Görüşdə Naxçıvan -Məşhəd dəmir yolu sərnişin qatarında vaqonlarda sərnişinlərə xidmət, məlumatların mübadiləsi və biletlərin satışının təşkili kimi məsələlər müzakirə olunub. Xatırladaq ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixindən etibarən hərəkətə başlayıb. Sürət qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edir. Naxçıvan -Məşhəd dəmir yolu xəttinin uzunluğu Naxçıvandan İranın Culfa şəhərinə kimi 45 km, Culfadan Məşhəd şəhərinə kimi isə 1700 kilometrdir.