Maide.az

Naxçıvan-Məşhəd dəmir yolu reysi bu ay açılacaq

Bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov bildirib   Naxçıvan (Azərbaycan)-Məşhəd (İran) marşrutu ilə sərnişin elektrik qatarı yaxın vaxtlarda istismara veriləcək.    Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.  "Naxçıvan-Məşhəd qatarı 27-30 noyabr aralığında işə düşəcək", - deyə C.Qurbanov əlavə edib.    Xatırladaq ki, Naxçıvan-Məşhəd sərnişin elektrik qatarının hərəkət marşrutu da müəyyən edilib.   Qeyd edək ki, Azərbaycan Naxçıvan-Məşhəd marşrutu üzrə hərəkət edəcək sərnişin qatarının heyəti üçün İran tərəfinə artıq 3 vaqon təqdim edib. 36 nəfərlik "kupe" tipli vaqonlar əsaslı bərpa-təmir görmüş nəqliyyat vasitələridir.   Belə ki, üç vaqon ayrı lokomotivlə İranın Təbriz şəhərinə qədər hərəkət edəcək. Təbrizdə isə vaqonlar Təbriz-Məşhəd qatarına qoşulacaq. Eyni zamanda, geri qayıdarkən vaqonlar Məşhəd şəhərindən Təbrizə qədər, daha sonra ayrı lokomotivlə Culfaya (İran) qədər hərəkət edəcək. Culfadan isə Azərbaycana məxsus lokomotiv vasitəsilə Naxçıvana çatdırılacaq. /