Maide.az

NATO təyyarələrindən biabırçılıq - sivilləri vurdu

Əfqanıstanın Loqar vilayətində NATO qüvvələrinə məxsus təyyarələr sivillərin yaşadığı məntəqələri bombalayıb.   Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.   NATO təyyarələrinin “Taliban” terrorçularına qarşı əməliyyat keçirmək niyyətində olduğu, lakin səhvən sivilləri vurduğu iddia edilib.   Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai NATO-nun sivillərə qarşı hücumları dayandırmağını istəyib.   Hələlik NATO tərəfi məsələ ilə bağlı susqun qalmağı üstün tutub.