Maide.az

NATO müdafiə nazirləri Türkiyə üçün toplanır

NATO ölkələrinin müdafiə nazirlərinin Brüssel görüşündə əsas müzakirə mövzusu Suriyanın şimal-şərqindəki situasiya olacaq.   Axar.az xəbər verir ki, müdafiə nazirləri həmçinin müdafiə xərclərinin artırılması və NATO qoşunlarının hazırlığını müzakirə edəcəklər.   Qeyd edək ki, 9 oktyabrda Türkiyə Suriyanın şimal-şərqində “Sülh çeşməsi” əməliyyatına start vermişdi. 17 oktyabrda ABŞ-la Türkiyə arasında razılıq əldə olundu və “Sülh çeşməsi”nə 120 saatlıq fasilə verildi.   Bunun ardınca isə Türkiyə təhlükəsizlik bölgəsi məsələsində Rusiya ilə də razılaşma imzaladı.