NATO dinc sakinləri o cümlədən uşaqları və qadınları bombaladı: 30 nəfər həlak oldu
Əfqanıstan rəsmiləri bildirib ki, NATO qüvvələrinin ölkənin şimal bölgəsində hava hücumu nəticəsində ən az 30 dinc sakin o cümlədən qadınlar və uşaqlar həlak olub. Maide.Az Fransa xəbər agentliyinə istinadən xəbər verir ki, bu hücum bu gün Qonduz əyalətinə baş tutub. Əfqanıstanın şimalındakı Qunduz əyalətinin rəsmisi Mahmud Daneş deyib ki, NATO qüvvələrinin hücumu zamanı 30 dinc sakin həlak olub, 25 nəfər yaralanıb. Qonduz şəhərində bu qətliamdan sonra minlərlə insan Qonduz şəhərində küçələrə çıxaraq etiraz aksiyası keçirib və dinc sakinlərin qətliamına son qoulmasını tələb ediblər.