Maide.az

NATO-nun Moskvadakı xüsusi qurumunun fəaliyyəti dayandırılacaq

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bu ölkənin səkkiz diplomatının NATO-dan çıxarılmasına münasibət bildirib.   Maide.Az TASS-a istinadən xəbər verir ki, Peskov bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.   O bildirib ki, Rusiyanın səkkiz diplomatının NATO-dan çıxarılması ilə bağlı cavab tədbirləri kimi adevkat addımlar atılacaq.   “Dəfələrlə demişik ki, tanqonu tək oynamaq mümkün deyil və biz bunu etməyəcəyik. Buna adekvat cavab isə NATO-nun Moskvadakı hərbi əlaqə missiyasının və qurumun məlumat bürosunun işinin noyabrın birindən etibarən dayandırılmasıdır", - D.Peskov deyib.   Qeyd edək ki, bu günlərdə Rusiyanın səkkiz diplomatı NATO-dan çıxarılıb.