Maide.az

Natiq Cəfərlinin barəsində olan qərardan apellyasiya şikayəti veriləcək

  REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.   Bu barədə APA-ya məlumat verən vəkil Cavad Cavadlı bildirib ki, onun barəsində olan həbs qətimkan tədbiri haqqında məhkəmə qərarını aldıqdan sonra apellyasiya şikayəti verəcəklər.   Vəkil N. Cəfərlinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirildiyini də deyib.   Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. /