NASA Yerin son 20 ildə necə dəyişdiyini göstərdi - VİDEO
NASA son 20 ildə iqlim dəyişikliklərinin nəticələri barədə animasiya hazırlayıb. Video YouTubedə yayımlanıb. Bildirilir ki, rolik hazırlanarkən 1997-ci ildən bəri çəkilən peyk şəkillərindən istifadə olunub. Videoda buzlaqların və Yein qar örtüyünün ölçüsünün necə dəyişdiyi nümayiş olunub. Belə ki, temperaturun yüksəlməsi nəticəsində Arktika son 20 ildə daha yaşıl olub, planetin bəzi yerlərində isə «bioloji boşluq» yaranıb. (faktxeber)