Maide.az

Nardaranlılar etiraz etdi - FOTO

Bakının Nardaran qəsəbəsində komunal problemlərin həll edilməsi tələbi ilə etiraz aksiyası keçirilib.  Maide.az-ın məlumatına görə, aksiyada qəsəbədə qaz, işıq problemlərinin olduğunu və bu problemlərin tez bir zamanda həll edilməsi istiqamətində əlaqədar qurumlardan addım atılmasını tələb ediblər. Qeyd edək ki, dekabrın 8-də də etiraz aksiyası keçirilmişdi. İslamazeri.az saytının məlumatına görə, artıq Nardaranlıların işıq problemi həll olunub. /