Maide.az

Nardaran işi üzrə 18 nəfər barəsində hökmün bu gün elan olunacağı gözlənilir

Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrliyi ilə Nardaran işi üzrə 18 nəfər barəsində hökmün yanvarın 25-də səhər saat 10-da elan olunacağı gözlənilir.   Qrupun üzvlərinə dövlət ittihamçısı uzunmüddətli cəzalar, 'Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırova isə ömürlük həbs istəyib.   Xatırladaq ki, keçən il noyabrın 26-sı güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda iksi polis olmaqla, 6 nəfərin öldüyü bildirilir. Rəsmi məlumata görə, hazırda Nardaran hadisələri ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs həbsdədir.   Onlardan daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Onlara 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası verilib. Daha iki qrupun isə ayrılıqda məhkəməsi gedir. (contact)