Maide.az

`Nardaran işi'ndə təqsirləndirilənlərin hamısı qrip və soyuqdəymədən əziyyət çəkir`

Vəkil: ''Onların hamısı qrip və soyuqdəymədən əziyyət çəkir''   Bir müddət əvvəl aclıq aksiyasına başlayan ilahiyyatçı Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərləri dekabrın 23-dən aclıq aksiyasını dayandırıblar.   Bu barədə Meydan TV-yə məlumat verən vəkil Yalçın İmanov bildirib ki, təqsirləndirilən şəxslərin hamısı xəstələnib:   "Onlar hər prosesdə məhkəməyə gətirilirlər, lakin iclasda iştiraklarına icazə verilmir. Soyuq zirzəmidə saxlanılırlar. Buna görə də hamısı qrip və soyuqdəymədən əziyyət çəkir".   Təqsirləndirilən şəxslər dekabrın 19-da aclıq aksiyasına başlamışdılar. Onlar məhkəmə prosesinin təqsirləndirilən şəxslər olmadan keçirilməsinə etiraz edirdilər. /