Maide.az

Nardaranda `İkinci Qədr gecəsi` dua və əza mərasimi keçrildi (VİDEO)

Nardaran Rəhimə xanım (s.ə) ziyarətgahının Hüseyniyyəsində "İkinci Qədr gecəsi" dua və əza mərasimi əzəmətli şəkildə qeyd olundu.    Birinci Qədr gecəsində olduğu kimi Mübarək Ramazan ayının 21 -ci gecəsində də Əhli-Beyt (əleyhimus səlam), İmamə və Vilayət aşiqləri Azərrbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında məscidlərə, Hüseyniyyələrə toplaşaraq ikinci "Əhya gecəsi" mərasimində iştirak etmişlər. Əhya gecəsində məscidlərə,Hüsyniyyələrə pənah gətirmiş insanlar bu gecəni Camat Namazı qılmaq, Quran tilavəti, ibadət və tövbə etmək kimi mərasimlərlə qeyd edərək, ikinci "Qədr gecəsi" və İmam Əlinin (əleyhis səlam) şəhadəti haqqında xüsusi xütbələrə qulaq asmışlar.   Əhya gecəsində ölkəmizin müxtəlif bölgələrindən gəlmiş minlərlə insan iştirak etmişdir. Gələn zəvvarlar arasında eyni zamanda xanım zəvvarların da çoxluq təşkil etmişdir.