Nardarana gedən yollar bağlıdır
Əvvəlki günlərdə olduğu kimi noyabrın 29-da Nardarana giriş və çıxış məhdudlaşdırılıb. Qəsəbəyə gedən yollar gücləndirilmiş polis nəzarətinə götürülüb. AzadlıqRadiosu-nun müxbir xəbər verir ki, polis postlrında maşınların yoxlanması uzun növbələrə səbəb olur. Kəndə kənar adam buraxılmır. Noyabrın 26-da Nardaranda xüsusi əməliyyat keçirilib. 14 nəfər saxlanılıb. Rəsmi məlumata görə, hadisə zamanı 2 polis işçisi və 4 mülki şəxs həlak olub. Sonradan daha bir kənd sakini ölüb./