İnanclı fəal Elvin Mürvətoğlu azadlığa çıxıb
İnanclı fəal, şair Elvin Mürvətoğlu bu gün (red- 13 sentyabr) azadlığa çıxıb. Maide.Az xəbər verir ki, Elvin Mürvətoğlunu saxlanıldığı CÇM qarşısında yaxınları, dostları və onu sevənlər qarşılayıblar. Onun 17 saylı CÇM-də vaxtından əvvəl həbs müddətini bitirərək azadlığa çıxdığı diqqətə çatdırılır. Xatırladaq ki, Elvin Mürvətoğlu cəmiyyətdə yazdığı şeirlər və mahnılar ilə tanınıb. İnanclı fəal, şair Elvin Mürvətoğlunu ötən il martın 13-də qanunsuz silah saxlamaq maddəsi ilə ittiham olunaraq həbs olunub. Elvin Mürvətoğlu elə həmən ilin 25 sentyabr tarixində 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.