Maide.az

Namazı tərk etməyin cəzası

Öncəki yazını BURADAN oxuya bilərsiz!   Namazı tərk etmək varlığın yaradanı ilə rabitəni kəsməkdir. Bu iş dünya və axirətdə acı aqibətlə sonuclanır. Qiyamətdə behişt əhli cəhənnəm əhlindən soruşar: “Sizin cəhənnəmə düşməyinizə nə səbəb oldu?” Onların verdiyi cavablardan biri budur: “Biz namaz qılanlardan deyildik.” (“Muddəssir” surəsi, ayə 42.) Başqa bir yerdə namaza səhlənkar yanaşan, etinasızlıq göstərən, gah qılıb, gah qılmayan namaz əhlinə deyilir: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər.” (“Maun” surəsi, ayə 4 və 5.) Allahın Rəsulu (s) buyurur: “Namazı bilərəkdən tərk edən şəxs dindən xaric olur.” (“Muhəccətul-bəyza”, 1-ci cild, səh.301.) “Namazın tərki İslamla küfr arasında sərhəddir.” (“Nəhcül-fəsahə”, 1098-ci kəlam; “Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.51-52.) Maide.az – Maarif bölümü