Maide.az

Namazımı necə qılım?

Arifə Quliyeva: Zöhr azanında Bakıdaydım, amma həmin vaxt namazı qıla bilmədim və rayona qayıtdım. Namazı qəsr qılmalıydım, yoxsa 4 rəkət?   Cavab: Müsafir olduğunuz şəhərdə qılsaydınız, qəsr, yəni 2 rükət qılacaqdınız. Yox, öz vətəninizə və ya 10 gün qalacağınız yerə qayıtdıqda namaz qəzaya getməyibsə, qayıtdığınız yerdə 4 rükət, yəni bütöv qılmalısınız. Əgər vətəninizə və ya 10 gün qalacağınız şəhərə çatdıqda artıq namaz qəza olmuşdursa, onda namazın qəzası qəsr olacaq, yəni 2 rükət.