Maide.az

Namazı əvvəl vaxtında qılmağın faydaları

Namaz - dinimizin sütunudur. Namazı əvvəl vaxtda qılmaq (təxirə salmamaq) - çox mühümdür və buna aid çox sayda hədislər vardır.   Maide.Az namazı əvvəl vaxtında qılmağın faydalarını təqdim edir:   1 - Ömrün uzanmasına səbəb olar.   2 - Namazı əvvəl vaxtında qılmaq insanın üzünün nuraniləşməsinə səbəb olar.   3 - Namazı əvvəl vaxtında qılmaq insanların zənginləşməsinə və ruzilərinin çoxalmasına səbəb olar.   4 - Namazı əvvəl vaxtında qılmaq duanın qəbul olmasına səbəb olar.   5 - Namazı əvvəl vaxtında qılmaq insanın dünyadan susuz getməməsinə səbəb olar.   6 - Namazı əvvəl vaxtında qılmaq asan can verməyə səbəb olar.   7 - Namazı əvvəl vaxtında qılmaq "Nəkir və Münkər"-in sualının asanlığına səbəb olar.   8 - Namazı əvvəl vaxtında qılmaq insanı behiştlik edər (Behiştə aparar).   9 - Namazı əvvəl vaxtında qılmaq Peyğəmbərin (s) şəfaətinə nail olmağa səbəb olar.   10 - Namazı əvvəl vaxtında qılmaq insanın uca məqamlara çatmasına səbəb olar. _____________________________ Mənbələr (kitablar): 1. Biharul-ənvar, c 82, səh 204. 2. Namazı əvvəl vaxtında qılmaq haqqında hekayələr, səh121. 3. Səfìnətul bihar, c 2, səh 42. 4. Vəsailuşşiə, c 3, səh 81 hikmət 23 və səh 78 hikmət 1. 5. Əssəlatu fìl kitabi vəssünnəh,  c 1, səh 329  6. Vəsailuşşiə, c 3, səh 90, hikmət 16.