Nablusda Fələstinlilər və işğalçı rejim hərbiçiləri arasında qarşıdurma
İşğal olunmuş Nablusda Yusif Peyğəmbərin (ə)qəbrinə ifratçı yəhudi qəsəbə sakinlərinin soxulmasının ardınca Fələstinlilər və işğalçı İsrail rejimi hərbiçiləri arasında güclü qarşıdurma baş verib. Maide.Az xəbər verir ki, bu gün 1600-a yaxın yəhudi qəsəbə sakini Həzrət Yusif Peyğəmbərin məqbərəsinə soxulublar.Bundan sonra Fələstinlilər ilə hərbiçilər arasında güclü qarşıdurma baş verib. İşğalçı rejim hərbiçiləri Fələstinliləri dağıtmaq üçün plastik güllələrdən, gözyaşardıcı qaz və səs bombalarından istifadə ediblər. Həmçinin işğalçı rejim hərbiçiləri Qərb sahilində və Qüdsdə 25 fələstinlini saxlayıblar. (presstv)