Maide.az

Nə üçün hər gün 100-200 qr çuğundur yeməliyik?

Ən ucuz və sadə tərəvəzlərdən biri olan çuğundur eyni zamanda ən faydalı tərəvəz sayıla bilər.   Mütəxəssislər çuğundurun orqanizmə olan təsirini araşdırıb belə nəticəyə gəliblər ki:   - Çuğundurun tərkibində olan betanin orqanizmin hüceyrələrini iltihabdan qoruyur və bununla da bir çox xroniki xəstəliklərin və o cümlədən xərçəngin riskini xeyli azaldır.   - Həmçinin betanin qaraciyərin fəaliyyətini yaxşılaşdırır.   - Sink və selenlə zəngin olan çuğundur imun sisteminə müsbət təsir edir.   - Selen qalxanvari vəzinin (zob) normal fəaliyyəti üçün ən vacib maddələrdən biri sayılır. Bu səbəbdən qalxanvari vəzi problemləri olanlar da mütləq çuğundur yeməlidir.   - Çuğundur təzyiqi normada saxlamağa kömək edir.     - Çuğundurun tərkibində olan nitratlar beyinin fəaliyyətini yaxşılaşdırır.   - Çuğundur arıqlamağa kömək edir, orqanizmdə piylərin yandırılmasını sürətləndirir.   Diyetoloqlar hər gün 100-200 qr bişmiş çuğundur yeməyi tövsiyə edirlər. /sağlamolun.az