Nəcəfdə Beynəlxalq Kitab Sərgisi açılıb - FOTO
Nəcəfdə Beynəlxalq Kitab Sərgisi açılıb Maidə.Az xəbər verir ki, İraqın müqəddəs Nəcəf şəhərində IX Beynəlxalq Kitab Sərgisi açılıb. İmam Əlinin (ə) mütəhhər hərəminin təşəbbüsü ilə baş tutan sərgidə müqəddəs hərəmin baş xadimi Seyid Nizar Haşim olmaqla bir sıra yüksək məqamlı yerli və xarici qonaqlar qatılıb. Sərgidə İraq, İran, Kanada, İngiltərə, Suriya, Livan, Liviya, Fələstin və digər ölkələrdən nümayənədlər iştirak edir. /