Maide.az

Nə üçün Qoz yeməliyik ?

Qozun bir çox faydaları vardır.    - Zehni qüvvətləndirir, qavramanı artırır.   - Omeqa-3 maddəsi olduğu üçün ürək damarlarının daralıb tıxanmasının qarşısını alır. Ürək ritmini yaxşılaşdırır.    -  Damarlarda daha az laxtalanma olan qan tipinin yaranmasına və yaxşı xolestrol nisbətinin pis xolestrol nisbətinə görə artmasına kömək edir.    - Xolestrolu aşağı salma qabiliyyətinə malikdir.   -Döş xərçəngi başda olmaqla bir çox xərçəng növünə tutulma riskini azaldır.    - Öd daşının meydana gəlməsinin qarşısını alır.   -  Qozun tərkibindəki melatonin gecə işləyən zaman yuxu pozğunluğu çəkən şəxslərdə narahatlığı aradan qaldıra bilir.    - Qoz sinir sisteminə zərər verən parkinson kimi xəstəliklərin inkişafını aradan qaldırır.    - Orqanizmi manqan və mislə təmin edir.    - Qoz yodla zəngindir və zob xəstəliyinə kömək edən çərəzlərdəndir.    Hər səhər 3-4 ədəd qoz yemək çox gözəl təsir edir və faydalıdır. Gün ərzində isə qozu 30-50 qramdan artıq yeməməliyik. Qozu çox yediyimiz zaman orqanizm ehtiyacı olan qədərini özündə saxlayır, artıq yediyimiz hissəsini isə yağa çevirir və çəkinin artmasına səbəb olur. Bu da orqanizm üçün zərərlidir.