Nərimanov rayon məhkəməsinin zirzəmisi yanıb - FOTO
Bu gün saat 10 radələrində Bakının Nərimanov rayonunun məhkəməsinin binasında yanğın baş verib. Hadisə şahidlərinin Musavat.com-a verdiyi məlumata görə, hələlik naməlum səbəblərdən başlayan yanğın binanın zirzəmisində törənib. Yanğın yerinə FHN-in yanğısöndürənləri cəlb olunub. Hazırda onlar yanğını lokallaşdırmaqla məşğuldurlar.