Maide.az

Nəbatat bağının mühafizəçisi ziyarətçini döydü

Nəbatat bağında xuliqanlıq hadisəsi baş verib.   9-cu Polis Bölməsinə müraciət edən 1993-cü il təvəllüdlü Əliyev Şahid David oğlu bildirib ki, Badamdar şosesi 40 ünvanında yerləşən bağda tanımadığı şəxs onu döyüb. Şikayətçi qeyd edib ki, olay dekabrın 6-da saat 14:30 radələrində baş verib.    İlkin araşdırmalardan sonra Ş.Əliyevi döyən şəxsin Nəbatat bağının mühafizəçisi, 1986-cı il təvəllüdlü Babayev Elxan Rövşən oğlu olması müəyyən edilib.    Araşdırmalar davam etdirilir.