Myanmar hökuməti Rohingiya müsəlmanlarına görə BMT nümayəndələrini ölkəyə qoymur
Myanmar hökuməti BMT İnsan Haqları üzrə xüsusi missiyasının üzvlərinə Rohingiya müsəlmanlarının məsələləri üçün ölkəyə gəlməyə və bu xalqa qarşı etnik təmizləmə əməliyyatları faktlarını araşdırmaq üçün Rakhayn (Arakan) ştatını ziyarət etməyə izn verməyəcək. Bu barədə paytaxt Neypyido şəhərində Myanmarın XİN müavini U Çjo Tin bildirib. O əlavə edib ki, missiya üzvlərinə viza verilməməsi üçün Myanmanın bütün dünyadakı səfirliklərinə fərman göndəriləcək. Qeyd edək ki, Myanmarın Rakhayn əyalətində rohingiyalardan təmizləmə layihəsi davam edir. Myanma ordusu və təhlükəsizlik qüvvələrinin əməliyyatlarında yüzlərlə günahsız rohingiyalı qadın, uşaq deyilmədən qətlə yetirildi, yüzlərlə qadına təcavüz edildi. Müsəlmanlara məxsus minlərlə ev talan edildi, yandırıldı. Cari ilin mart ayında BMT-nin ekspert komissiyasının rohingiya məsələsi ilə əlaqədar hesabatında bildirilmişdi ki, Rakhayn ştatında insanlığa qarşı cinayətdən tutmuş etnik təmizləmə əməliyyatına kimi cinayətlər törədilib. Myanmar dövləti 1982-ci ildə qərara aldığı qanunda Arakan əyalətinin müsəlmanlarını vətəndaşlıqdan çıxarmışdır. BMT-nin son illərdə verdiyi hesabata görə, Arakan regionunda müsəlmanlar əleyhinə zoraklıq hallarının çoxalması 130 min myanmarlı müsəlmanın öz evindən didərgin düşməsinə səbəb olmuşdur. Qeyd edək ki, 2012-ci ildən başlayaraq Myanmar müsəlmanları buddistlərin hücumlarına məruz qalıb və indiyədək çox sayda müsəlman qətliam edilib, yüzlərlə ev və iş yerləri məhv edilib və minlərlə insan didərgin düşüb. /