Maide.az

Myanmar hökuməti Rohingiya müsəlmanlarına çatdırılan yardımların paylanılması üçün şərt qoydu

Myanmar hökuməti Rohingiya müsəlmanları üçün gətirilən humanitar yardımları Arakan əyalətində myanmarlı Budistlər və Müsəlmanlar arasında bərabər şəkildə paylanılması bəhanəsi ilə yardımların müsəlmanlara çatdırılmasını əngəlləyir.    Maide.Az xəbər verir ki, hazırda Rohingiya müsəlmanlarına paylanılmaq məqsədi ilə Malazya hökuməti və insan hüququalrı təşkilatları tərəfindən 500 ton humanitar yardım Myanmarın Yanqun limanına çatıb.    Myanmar hökuməti yardımların təşkilatlar tərəfindən paylanılmasına icazə verməyib və bildirib ki, 500 tonluq yardımlar Arakan müsəlmanları və buddistləri arasında bərabər şəkildə paylanılmalıdır.    Qeyd edək ki, həmçinin dünyanın 12 ölkəsindən olan 185  fəal, gəmi vasitəsilə Myanmarda və Banqladeşdə olan rohingiyalı müsəlmanlara yardım çatdırmağa çalışır.   Gəmidə Rohingiya müsəlmanları üçün 2300 ton ərzaq  və digər lazımi vasitələr var. Həmçinin fəallar rohingiyalı uşaqlar və yeniyetmələr üçün 1000 cild Quran nüsxəsi aparır. Myanmar dövləti 1982-ci ildə qərara aldığı qanunda Arakan əyalətinin müsəlmanlarını vətəndaşlıqdan çıxarmışdır. BMT-nin son illərdə verdiyi hesabata görə, Arakan regionunda müsəlmanlar əleyhinə zoraklıq hallarının çoxalması 130 min myanmarlı müsəlmanın öz evindən didərgin düşməsinə səbəb olmuşdur.   BMT elan edib ki, son 4 ayda qaçqın təşkilatlarından əldə olunan rəqəmlər onu göstərir ki, Myanmarda 1000-dən çox müsəlman qətlə yetirilib. Müsəlmanların qətli ilə bağlı rəqəmlər KİV-lərdə yayımlanan rəqəmlərdən daha çox olduğu ehtimal olunur.    Qeyd edək ki, 2012-ci ildən başlayaraq Myanmar müsəlmanları buddistlərin hücumlarına məruz qalıb və indiyədək çox sayda müsəlman qətliam edilib, yüzlərlə ev və iş yerləri məhv edilib və minlərlə insan didərgin düşüb. (iqna)