Myanmarda Rohingiya müsəlmanlarına edilən zorakılıqlara qarşı etiraz aksiyası - VİDEO
Pakistanda yüzlərlə insan Myanmarda Rohingiya müsəlmanlarına edilən zorakılıqlara qarşı etiraz aksiyası keçirib. Maide.Az xəbər verir ki, ötən gün Pakistanın ən böyük şəhərlərindən biri olan Kəraçi şəhərində iştirak edən etirazçılar Myanmar ordusunun Rohingiya müsəlmanlarına qarşı cinayətlərini pisləyiblər, Rohingiyada soyqırımı dayandırın kimi şüarlar səsləndiriblər. Etirazçılar Myanmar hökumətindən müsəlmanlara qarşı zorakılıqları tez bir zamanda dayandırılmasını tələb ediblər. (presstv)