Myanma ordusunun Raxində əməliyyatı: Rohingiya müsəlmanlardan150 nəfər öldürülüb
Beynəlxalq KİV-lərin məlumatına görə,Myanma ordusunun bu ölkənin qərbindəki Raxin əyələtində Rohingiya müsəlmanlarına hücumu zamanı ən az 150 nəfər öldürülüb. Maide.Az xəbər verir ki, Rohingiya Arakan Milli Təşkilatının rəsmilərindən Koko Lin deyib ki, Myanma hökuməti KİV-lərin və yardım qruplarının bölgəyə girişini əngəlləyir və bununlada törətdiyi qətliamı ört basdır etmək istəyir. Myanma hökuməti indiyədək Rohingiya müsəlmanlarından 70 nəfərin öldürüldüyünü təsdiqləyib. Raxin əyalətinin şimalında oktyabr ayının 9-dan fövqəladə vəziyyət elan olunub. Bu bölgədəki müsəlmanlara qarşı zülmlər davam etdirilir. Qeyd edək ki,Rohingiyanın bir milyon yüz min nəfərlik əhalisinin əksəriyyəti Myanma vətəndaşlığı haqqından məhrumdur və aparteidə bənzər bir şəraitdə yaşayır. Onların yüz qırx min nəfərindən çoxu 2012-ci ildə "Raxine" buddist etnosu ilə qarşıdurmanın ardınca digər məntəqələrə didərgin düşüb. Ondan sonra çoxlu sayda ruhingiyalı İndoneziya, Malayziya və Tailand kimi qonşu ölkələrə mühacirət etməyə səy göstərib. Xatırladaq ki, noyabrın 10-na kimi adıçəkilən əyalətdə müsəlmanlara məxsus 430 ev yandırılıb. Human Rights Watch Hüquqmüdafiə Təşkilatı yandırma faktının qeydə alındığı peyk görüntülərini yaymışdı. Ümumiyyətlə Arakn əyalətində olan müsəlmanlar tez-tez əsgərlərin hücumuna məruz qalırlar. Heç bir beynəlxalq orqan bu ölkədə müsəlmanların qırğını və incidilməsinə önəm vermir. BMT də bir neçə dəfə Myanma hökumətinə işə müdaxilə etməyə, gələcəkdə belə hadisələrə yol verməməsinə və baş verən cinayətləri araşdırmasına dair quru çağırış etməklə kifayətlənib.