Maide.az

Myanmada güclü leysan yağır - 1400 bina dağıldı

Myanmada artıq bir neçə gündür güclü küləklə müşayiət olunan fasiləsiz leysan yağışları ağır fəsadlara yol açıb.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, yağışlar 5 nəfərin ölümünə səbəb olub.   Paytaxt Neypido, eləcə də Yanqon, Pequ, Maque rayonlarında isə leysan təxminən 1400 binanı yararsız hala salıb.   Hökumət tərəfindən müvəqqəti sığınacaqlar yaradılır.