Maide.az

Müxtəlif dövrlərdə Kəbənin açarları - FOTO

Kəbənin açarı tarix boyunca müxtəlif dövrlərdə dəyişilib. Sonuncu dəfə 64 il fasilədən sonra Səudiyyə kralı Allah Evinin açarını dəyişib.    Maide.Az xəbər verir ki, Kəbə hər zaman dünya müsəlmanlarının ilk qibləsi kimi tanınınb. Hər il Həcc və Ümrə ziyarətləri vaxtı dünya mediasının gündəmini zəbt edib. Amma Kəbənin açarı haqqında çox az adam məlumatlıdır.    Məlumata görə, Kəbənin açarı tarix boyu paslanması və köhnəlməsinə görə müxtəlif dövrlərdə dəyişdirilib. Sonuncu dəfə Kəbənin açarı kral Xalid Feysəl tərəfindən 2012-ci ildə dəyişdirilib.    Əslən Həzrəti İslam peyğəmbəriin tayfasından - Qureyşlərdən olan Əş-Şeybi nəsli 1400 ildən artıqdır ki, Kəbənin açarlarını özlərində saxlayır və nəsildən-nəsilə keçirirlər.   "Reuters" xəbər agentliyinin məlumatına görə, muzeylərdə Kəbənin 58 açarı saxlanılır. Onlardan 54 açar "İstanbul Topkapı" sarayında, iki açar Nehad El Said, biri isə  "Paris Loure" muzeyində və başqa biri isə "Qahirə İslam sənayesi" muzeyində saxlanılır.