Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb
Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb. O, sabah Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstan xarici işlər naziri Mixeil Canelidze ilə 6-cı üçtərəfli görüşdə iştirak edəcək. Türkiyəli nazirin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü gözlənilir. Mixeil Canelidze də artıq Bakıdadır. Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq. Səfər zamanı nazirlər arasında ikitərəfli görüşlər də baş tutacaq. (apa) /