Maide.az

Mövludda İmam Əlinin (ə) hərəminin Fatimeyi Zəhra (s.ə) səhninin 3-cü mərhələsinin açılışı olacaq -FOTO

İmam Əlinin (ə) mütəhhər hərəminin Fatimeyi Zəhra (s.ə) səhninin 3-cü mərhələsinin açılışı üçün səhndə təmizlik işləri həyata keçirilib. Deyerler.org İmamali saytına istinadən xəbər verir ki, hərəmin baş katibi Seyid Nizar Haşim Həbl Əl-Mətin Fatimeyi Zəhra (s.ə) səhninin 3-cü mərhələsinin başa çatması münasibətilə hərəmin xidmətçilərinə qoşularaq, təmizlik işləri həyata keçirib. Qeyd edək ki, xanımın mövludunda İmam Əlinin (ə) mütəhhər hərəminin Fatimeyi Zəhra (s.ə) səhninin 3-cü mərhələsinin açılış mərasimi keçiriləcək.