Maide.az

Mövlud Çavuşoğlunun Azərbaycana rəsmi səfəri başlayır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana rəsmi səfəri başlayır.   Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər fevralın 26-na kimi davam edəcək.   Səfər çərçivəsində M. Çavuşoğlunun Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. O, ADA Universitetində mühazirə ilə çıxış edəcək.