Maide.az

Muzdla çalışan işçilərin sayı 1995-ci ilin səviyyəsindədir

İyunda işgüzar aktivliyin artmasının indikatorlarından biri - muzdla çalışan işçilərin sayında müsbət dinamika var.   Dövlətstatkomun məlumatına görə, iyunda ölkə iqtisadiyyatında çalışan işçilərin sayı 2,5 min nəfər artıb.   2017-ci il iyulun 1-i üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 mln 527,7 min nəfərə çatıb.   Bu, 1995-ci ildən bəri ən yüksək göstəricidir. O vaxt muzdla çalışan işçilərin sayı 1 mln 572 min nəfər idi. (contact) /