`Muxtarnamə` filminin tanınmış aktyoru avtomobil qəzasına düşüb
Dünyada xüsusi çəkisi olan İran kinosunun tanınmış rejissor və aktyoru Mehdi Fəximzadə bu gün yol qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Maide.Az "İLNA" agentliyinə isitnadən xəbər verir ki, bir çox filmlərdə, o cümlədən Muxtarnamə filmində Ömər ibn Səd rolundan tamaşaçıların rəğbətini qazanmış Mehdi Fəximzadə bu gün yerli vaxtla saat 15:00 radələrində Çalus maqistral yolunda çəkiliş zamanı qəzaya düşüb. 76 yaşlı aktyor boyun, bel və çənəsindən zədə alıb. Onun vəziyyətinin ağır olduğu bildirirlir.