Maide.az

Ümumdünya Səhiyyə Təşkilatı: Havanın çirkliliyinə görə, ildə 7 milyon insan həyatını itirir

Ümumdünya Səhiyyə Təşkilatı dünyanın  müxtəlif şəhərlərində havanın çirklənməsinə görə xəbərdarlıq  edib və bildirib ki, hesablamalara görə, hər il  ən az 7 milyon nəfər dünyada havanın çirklənməsinə görə həyatını itirir.    Maide.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının  məsul şəxslərindən Maria Nira  Cenevrədə  jurnalistlərə deyib ki,  orta hesabla  vəziyyət daha da ağırlaşıb və dünyada havanın çirklilik dərəcəsi (2008-ci ildən - 2013-cü ilədək) 8 faiz artıb. “Bilirik ki, şəhərdə yaşayanların  80  faizi  çirklilik dərəcəsi daha çox olan  böyük şəhərlərdə yaşayırlar. Bizdə çox dəhşətli statistika  var. Bizim hesablamalarımıza görə, ildə 7 milyon nəfərdən çox insan  havanın çirkliliyinə görə  həyatını itirir.”    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi bildirib ki, havanın çirklilik dərəcəsi  Çin və Hindistanın  bir neçə şəhərində çox yüksək  səviyyədədir. “Çin və Hindistanda  havanın çirkliliyi ilə mübarizə üçün daha geniş  işlər görülməlidir.   Qeyd edək ki, ÜST-nin2014-cü ildəki hesabatında dünyanın 1600  şəhərində havanın çirklilik dərəcəsi  araşdırılmıdı, bu rəqəm 2016-cı ildə 3103 şəhərə çatıb.    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İran şəhərini dünyada havası ən çox çirklənmiş şəhər sayır.  İranın Əfqanıstanla sərhəddə yerləşən Zabol şəhəri reytinqdə birinci yerdə gəlir. Bu şəhərdə yay aylarında toz qasırğaları olur.   Zaboldan sonrakı 4 yeri isə Hindistanın Qvalior, Allahabad, Patna və Racpur şəhərləri tutur.     Məlumata görə, dünyada hava çirklənməsi nəticəsində ağciyər xərçəngi, infarkt  və ürək xəstəlikləri yaranır və bu da  dünyada hava çirkliyinə görə ölüm hallarının artmasına səbəb olur.    Havanın lokal çirklənməsinə  daş kömür və digər ağır yanacaqlarla işləyən  generatorlar,  dizel  yanacaqlı avtomobillər  səbəb olur.