Maide.az

`Ümumdünya Məscidlər Günü` sionist rejimin cinayətlərinin daha bir sübutu

Bu gün ümumdünya məscidlər günüdür; bu gün sionist rejimin "Məscidul-Əqsa"nı yandırmaq və dağıtmaq üzrə cinayətlərini xatırladır.   Maide.Az xəbər verir ki, bu gün, avqustun 21-i, Avstraliya əslli ekstremist yəhudi Denis Maykl Ruhan tərəfindən "Məscidul-Əqsa"nın yandırılmasının 48-ci ildönümü günüdür.    Bu gün İslam Əməkdaşlığı Təşkilatı tərəfindən "Ümumdünya Məscidlər Günü" adlandırılıb.   Səmavi dinlərin ən müqəddəs məkanlarından və müsəlmanların ilk qibləsi olan "Məscidul-Əqsa"nın 1969-cu il avqustun 21-də ifratçı sionistlər tərəfindən yandırılması Qüdsü işğal edənlər üçün biabırçı ləkə və sionist rejimin cinayətlərinə digər bir sübutdur. /