Maide.az

İmtahanların vaxtı bilindi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 23 yanvar 2015-ci ildə imzaladığı 4/İ № əmri ilə magistratura və rezidentura səviyyələrinə keçiriləcək imtahan və tədbirlərin, eləcə də bakalavriat səviyyəsi üçün sınaq imtahanlarının plan-qrafikini təsdiq edib.   Maide.az-ın Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə:Ərizə qəbulu 03-12 fevral, Qəbul imtahanı I mərhələ 22 fevral, Proqram seçimi 01-10 aprel, Qəbul imtahanı II mərhələ 26 aprel, İxtisaslaşma seçimi 07-12 may, Boş qalan yerlərə ixtisaslaşma seçimi 22-28 iyunda olacaq.   Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə:   Ərizə qəbulu 16-23 fevral   Qəbul imtahanı I mərhələ 15 mart   Qəbul imtahanı II mərhələ 07 iyul   İxtisaslaşma seçimi 10-14 iyul   Boş qalan yerlərə ixtisaslaşma seçimi 21-24 iyul   Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları   05, 12, 19 aprel, 3 may tarixlərində keçiriləcək.   Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları təsdiq edildikdən sonra bu təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarının və tədbirlərin plan qrafiki elan olunacaqdır.