Maide.az

Müsavat Partiyası Xətai rayon təşkilatının 55 üzvü partiyada fəaliyyətinə xitam verib - SİYAHI

Müsavat Partiyası Xətai rayon təşkilatının bir bir qrup üzvü bəyanat yayıb.   Bəyantda deyilir: Biz, Müsavat Partiyası Xətai rayon təşkilatının bir qrup üzvü partiyanın VIII qurultayını və qurultaydan sonra partiya daxilində baş verən antidemokratik fəaliyyəti, verilən qərarları böyük narahatlıq, səbr və dözümlə izlədik. Düşündük ki, partiya rəhbərliyi buraxılmış səhvlərdən, edilən tənqidlərdən düzgün nəticə çıxararaq özünün qeyri-legitimliyi haqqında şübhələri dağıtmaq üçün təşkilat daxilində sabitliyi qoruyacaq, qurultay zamanı və sonra baş vermiş hüquq pozuntularını aradan qaldıracaqdır. Amma gözlədiklərimizin əksi olaraq rəhbərlik nizamnamədən kənar fəaliyyətini davam etdirərək partiyadaxili siyasətə qarşı edilən tənqidlərdən nəticə çıxartmadı.   Partiya rəhbərliyinin Nizamnamədən kənar addımlarını, fədakar, "Müsavatçılıq" ideologiyasına bağlı üzvlərə qarşı təhqir, böhtan və iftira kampaniyasını pisləyərək, hazırkı rəhbərliyi tənqid edən, verilən qərarlara etirazını bildirən partiyanın nüfuzlu və aparıcı qüvvəsini təşkil edən müsavatçıların müxtəlif bəhanə və yollarla partiyadan uzaqlaşdırılmasına etiraz edərək, növbədənkənar qurultayın çağırılıb azad, ədalətli seçkilər əsasında legitim rəhbərliyin formalaşmasınadək partiyadakı fəaliyyətimizə xitam veririk".   Bəyanatı ümumilikdə 55 nəfər imzalayıb. Lakin onlardan 15-i adının açıqlanmasını istəməyib. Bəyanatı imzalayan 40 nəfərin siyahısı isə belədir:     Vidadi Hüseynov - Xətai rayon təşkilatının sabiq sədri və keçmiş Ali Məclis üzvü Yaşar Ağabəyov - Şura üzvü Fəxrəddin Ağayev - üzv Zahidə Ağabəyova - üzv Tofiq Süleymanlı - Şura üzvü Tahir Süleymanov - Şura üzvü Fərrux Seyidov - Şura üzvü Yaşar Tağıyev - üzv Fəxrəddin Rəhimov - üzv İlqar Məmmədov - üzv Vüqar Məmmədov - üzv Sahib Məmmədov - Şura üzvü Bəkir Qasımov - üzv Səxavət Hüseynov - üzv Fikrət Zeynalov - üzv Məcid Nəcəfov - üzv Ümid Mirzəyev - Şura üzvü Zahid Məmmədov - üzv Ramil Məmmədov - üzv Qərənfil Şiriyeva - üzv Zərifə Qulamova - Şura üzvü Gülüş Həsənova - üzv Aydın Novruzov - üzv Elnur Novruzov - üzv Musa İsmayılov - üzv Aqil Qazi - üzv Anar Hacıyev - üzv Adil Məmmədov - üzv Mövlud Məmmədov - üzv Akif Həsənov - üzv Zülfüqar Həsənov - üzv Vüqar Qayıbov - üzv Əkbər Məmmədov - üzv İlham Cəfərov - üzv Salam Qasımov - üzv Qasım Əbdülrəhimov - üzv Asif Məmmədov - üzv Mahmud Şıxzadayev - üzv Hidayət Əliyev - üzv Fərhad Məmmədov - üzv