Maide.az

Müsavat, NİDA və ReAL birgə bəyanat yaydı

Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı,  “NİDA” Vətəndaş Hərəkatı 1 noyabr seçkilə ilə bağlı birgə bəyanat yayıb.   Maide.az-a daxil olan bəyanatda aşağıdakı tələblər irəli sürülüb:   - Siyasi məhbusların azad edilmədiyi;   - Azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühitin yaradılmadığı;   - Seçki komissiyalarının hakimiyyətin tam nəzarəti altında qaldığı;   - Bərabərhüquqlu təbliğat imkanlarının təmin edilmədiyi;   - İctimai diskussiyaların təşkil edilməsi məqsədi ilə namizədlərə pulsuz efir vaxtının ayrılmadığı;   - Nəticə etibarilə faktiki alternativsizlik şəraitində və repressiya dalğası altında keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edərək;   Azərbaycan hakimiyyətindən 1 noyabrda Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin ləgv edilməsini, siyasi məhbusların dərhal azadlığa buraxılmasını, seçki qanunvericiliyində zəruri islahatların aparılmasını və 2016-cı ildə təkrar seçkilərin keçirilməsini tələb edir.