Maide.az

Müsəlmanlara qarşı radikal irqçi çağırış

Macarıstanın irqçi çıxışları ilə tanınan baş naziri Viktor Orban Avropa qitəsinə müsəlmanlarla bağlı xəbərdarlıq edib.   Maide.Az "Sputnik Azərbaycan"-a istinadən xəbər verir ki, Orban bu barədə hökumətin 2017-ci ildə gördüyü işlərin illik hesabatındakı çıxışı zamanı danışıb.   Qitədə müsəlmanların sayının çoxaldığını deyən baş nazir bunun qarşısının alınması üçün təcili işlər görülməsinin vacibliyini vurğulayıb: "Qitəmizə ayaq basan qaçqınların hamısı müsəlman ölkələrdən gələnlərdir. Belə getsə, Avropa şəhərlərində müsəlmanların sayı çoxluqda olacaq. Bu, açıq-aşkar müsəlman işğalıdır".   Hökumət başçısı deyib ki, məktəblərdə oxuyan müsəlman şagirdlərin sayı günbəgün artır.